South Caucasus Network of Human Rights Defenders


Saytda axtarış
İrəli
Novella Cəfəroğlu - 70
[03.03.2011]
Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin Novella Cəfəroğlunun 70 illiyi ilə bağlı TƏBRİKİ Martın 3-də Azərbaycanın ən qocaman hüquq müdafiəçilərindən olan Novella Cəfəroğlunun 70 yaşı tamam olur. Novella xanım təkcə Azərbaycanda deyil, postsovet ölkələrinin ən nüfuzlu hüquq müdafiəçilərindən biri kimi qəbul edilir. Həyatının 20 ilindən çoxunu insan hüquqları müdafiəsi işinə sərf edən Novella xanım bu gün də gənclik enerjisi ilə ölkəmizdə demokratiya və insan hüquqlarının bərqərar olunması uğrunda mübarizənin ön cərgələrindədir. Milli azadlıq hərəkatında özünəməxsus yeri olan Novella xanımın uzun illərdir lideri olduğu və ölkənin aparıcı qeyri-hökumət təşkilatlarından sayılan D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyəti minlərlə haqqı pozulmuş insanın hüquqlarının bərpasına nail olub. Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsi adından Novella xanımı Yubileyi münasibətilə təbrik edir və ona uzun illər uğrunda mübarizə apardığı dəyərlərin bərqərar olduğu azad və demokratik cəmiyyətdə yaşamağı arzu edirik. Hər zaman belə şux, enerjili və cavan olasınız, əziz Novella xanım!

Təqvim

Arxiv

May 2024
B.e Ç.a Ç C.a C Ş В
  1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31   

Sorğu

Copyright © 2009 - 2024 | All Rights Reserved